...Hakimlərin qanunsuz və əsassız qərarlarının səsi Avropa İnsan Haqları Məhkəməsindən gəlirsə, bu artıq vəziyyətin qiymətləndirilməsinə əsas verir...

“Təzadlar” bu barədə dəfələrlə yazıb. Belə hakimlərin sayəsində isə Azərbaycan dövləti sanksiyalara məruz qalır, cərimə ödəməli olur. Dəfələrlə təklif vermişik ki, bu cərimələr Azərbaycan dövlətindən deyil, hakimlərin maaşından və ya ailə büdcəsindən tutulsa, heç bir halda belə qanunsuz və əsassız qərarlar da qəbul edilməz. Azərbaycan Məhkəmə Hüquq Şurasının cəza tətbiqləri isə bəzən səmərə vermir.

Belə ki, korrupsiya hüquqpozmaları ilə bağlı ötən il 43 hakim intizam məsuliyyətinə cəlb edilib, 9 hakimin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilib, 13 hakim tutduğu vəzifədən azad olunub.

Bu statistika Məhkəmə-Hüquq Şurasına məxsusdur. Şura həm də bəyan edib ki, son illərdə qanunvericiliyin tələblərinin pozulmasına, o cümlədən insanların haqlı narazılığını doğuran hallara görə hakimlər barədə 300-dən çox intizam icraatı başlanıb, ciddi nöqsanlara yol verən 200-dək hakim müxtəlif əsaslarla məhkəmə sistemindən kənarlaşdırılıb.

Bununla da MHŞ Azərbaycan dövlətinin adından qərar verən hakimlərimizin rüşvət aldığını və digər korrupsiya hüquqpozmaları ilə məşğul olmasını etiraf etmiş oldu. Hər halda bu yaxşı haldır. Amma həm də yaxşı olardı ki, rüşvət alan və hakimlikdən qovulan hakimlərin həm adı, həm də işlədikləri məhkəmələrin hansı olduğu ictimaiyyətdən gizli saxlanılmasın.

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN