Sosial media dünəndən Prezidentin İşlər İdarəsi Prezident Sarayının Təminatı şöbəsinin müdiri Sultan Dadaşovun ictimai yerdə-küçədə motosiklet sürücüsünü döyüb təhqir etməsi sərt qınanılır... 
"Təzadlar" bildirir ki, dövlət məmurunun bu hərəkəti videogörüntülərlə sosial şəbəkələrdə yayılmaqdadır. Məlum olur ki, Az 10 VX 707 nömrə-nişanlı, "Lexus" markalı avtomibillə yolda hərəkət edən S.Dadaşov motosiklet sürücüsünə siqnal verərək yoldan çıxmasını istəyir. Motosiklet sürücüsü etiraz etdikdə isə avtomobili onun ayağının üstündən keçirərək qarşısında saxlayır. Daha sonra avtomobildən düşən S.Dadaşov motosiklet sürücüsünə fiziki güc tətbiq edərək ona qarşı ağır təhqirlər səsləndirir. İşlər İdarəsi vəzifəlisinin avtomobilindəki uşaq da diqqət çəkib. Sonradan özü mediaya danışaraq səhvini etiraf edir, məlum olur ki, maşındakı nəvəsi imiş...
*** 

"Təzadlar" bir daha dəqiqləşdirdi ki, "Lexus"la vətəndaşı vuran Sultan Dadaşov Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Sarayının təminatı şöbəsinin müdiri, dövlət qulluğunun baş müşaviri, 1959-cu il təvəllüdlü Sultan Tofiq oğlu Dadaşovdur. Onun "ARPİA" MƏNZİL TİKİNTİ KOOPERATİVİ adlı tikinti şirkəti də var. Nazirlər Kabineti ilə üzbəüzdəki 6 mərtəbəli binada yaşayır.

Bax belə. Məmur səbrli olmaq əvəzinə, belə davranırsa, daha nə deyəsən... Deyir ki, əsəbi olmuşam! Əsəbi olan sərin su içər, dava-dərman istifadə edər, adam döyməz... Adam döyməklə əsəblər sakitləşərsə, onda Vladimir Putin Kremldə hər gün min adam döyməlidir ki, Zelenskinin acığını çıxsın...

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN