Q.J.Tokayev: “Dövlət başçısının səlahiyyətlərinin siyahısı ciddi şəkildə azaldılmalıdır.”

Qazaxıstan prezidenti Qasım-Jomart Tokayev “Əmanət” (“Amanat”)  partiyasının növbədənkənar XXIII qurultayı zamanı partiyanı tərk etmək qərarını açıqlayıb,

 Qazaxıstan mətbuatının məlumatına görə, “Bu gündən “Əmanət” Partiyasının sədri vəzifəsindən istefa vermək və partiyadan çıxmaq qərarına gəldim”, - deyə prezident bildirib.

Onun sözlərinə görə, bu addımın simvolik mənası var.

Hələ ötən ay parlament palatalarının birgə iclasında Qasım-Jomart Tokayev bəyan etmişdi ki, super-prezident idarəetmə sistemi özünü doğruldub, lakin yeni şəraitdə islahatlar tələb olunur.

“Bizim siyasi sistemimiz yeni reallıqlara adaptasiya etməlidir. Bu gün hər şey prezidentin ətrafında cərəyan edir. Biz bu praktikadan tədricən uzaqlaşmalıyıq. Mənim üçün dövlətin uzunmüddətli maraqları hər hansı əlavə güc rıçaqlarından, institusional təsirlərdən daha önəmlidir. Ona görə də “Əmanət” Partiyasının yanvar qurultayında artıq bu il sədr postunu tərk etmək niyyətində olduğumu bildirdim”, - deyə dövlət başçısı bildirib.

Prezidentin sözlərinə görə, dövlət başçısının səlahiyyətlərinin siyahısı ciddi şəkildə azaldılmalıdır.

“Prezidentin rayon və hətta kənd icra başçısını (akim)  vəzifəsindən kənarlaşdırmaq hüququ var və bu cür qanunvericilik müddəaları ləğv edilməlidir.”

Tokayevin vurğulayıb ki, prezidentin həddindən artıq səlahiyyətlərinin rədd edilməsi ölkədə siyasi modernləşmənin dönməzliyini təmin edəcək.

“Təklif olunan təşəbbüslər oyun qaydalarını əsaslı şəkildə dəyişəcək və cəmiyyətin gələcək demokratikləşməsi üçün möhkəm zəmin yaradacaq”, - Tokayev bildirib.

 

Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN