Bu barədə Ukrayna kəşfiyyatı məlumat yayıb

Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin yaydığı kəşiyyat məlumatında  bildirilir ki, "Rusiya Federasiyasının israrına baxmayaraq, KTMT üzvləri öz ölkələrindən kənarda sülhməramlı əməliyyatlar keçirmək barədə qərar qəbul etmək istəmirlər. O cümlədən "DNR" və "LNR" adlanan ərazilərdə.

Eyni zamanda, KTMT üzvləri milli kontingentin məhdud şəkildə Rusiya Federasiyası və ya Belarus ərazisində yerləşdirilməsi imkanlarını da nəzərdən keçirə bilərlər. Ancaq Ukraynanın onların ərazisinə hücumu ilə bağlı rəsmi bəyanatdan sonra”.

Daha əvvəl, aprelin 15-də Qazaxıstanın müdafiə naziri Ruslan Jaksilikov bildirib ki, Qazaxıstan Ukraynaya milli qoşun göndərmək üçün müraciət olunmayıb.

O, KTMT-nin hərbi komitəsinin son iclasında Ukrayna ərazisində silahlı münaqişədə iştirak məsələsinə baxılmadığını da təsdiqləyib.

Qeyd edək ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) 15 may 1992-ci il tarixində əsası qoyulmuş hökumətlərarası hərbi ittifaqdır. 

1992-ci ildə Müstəqil Dövlətlər Birliyinə üzv olan altı post-sovet dövləti - Rusiya, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistan Kollektiv Təhlükəsizlik Müqaviləsi imzaladılar.

Azərbaycan, Belarus və Gürcüstan isə bu müqaviləni 1994-cü ildə imzaladı. 5 ildən sonra bu müqaviləni imzalamış 9 dövlətdən yalnız altısı (Azərbaycan, Gürcüstan və Özbəkistan istisna olmaqla) müqavilənin müddətini daha beş il artırmaq barədə razılığa gəldi. 2002-ci ildə isə həmin altı ölkənin razılığı ilə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı adı altında hərbi ittifaq təşkil olundu. Özbəkistan 2006-cı ildə yenidən KTMT-yə üzv olsa da, 2012-ci ildə təşkilatı tərk etdi.

Hazırda KTMT- yə Belarus, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Rusiya və Tacikistan dövlətləri üzvdür.

Xatırladaq ki, yanvarın əvvəlində Qazaxıstanın Manqistau bölgəsində təbii qazın qiymətinin bahalaşması ilə bağlı etiraz aksiyaları keçirildikdə və bunun digər şəhər və rayonlara da yayıldığını görən ölkə prezidenti Qasım Jomart Tokayev KTMT qoşunlarını ölkəyə çağırdı.

 

Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN