"Azərsu" ASC tərəfindən Bakıda və Sumqayıtda çoxmənzilli binalarda su sayğaclarının yenilənməsi istiqamətində işlər görülür.

Bu barədə "Azərsu" ASC-nin Elektron idarəetmə və müasir texnologiyalar departamentinin rəis müavini Cabbar Cabbarlı deyib.

"Bizim bu işlər üzrə layihələrlə bağlı keçən ilin ikinci rübündə də vəsaitlər ayrılmışdı. Hazırda əsasən dik dayaqların pilləkən qəfəsdən çıxarılması və sayğacların yenilənməsi ilə bağlı Sumqayıtda, Bakının Nəsimi, Nərimanov, Yasamal, Səbail və Xətai rayonlarında işlər aparılır", - deyə C.Cabbarlı qeyd edib.

Onun sözlərinə görə, Xətai rayonunda artıq demək olar çoxmənzilli binaların 70 % -ində, Nizami rayonunda 80 %-dən çoxunda bu işlər aparılıb: "Hazırda ayrılan investisiyanın həcminə uyğun olaraq bu işlər davam etdirilir".

Maraqlıdır, sayğacların dəyişdirilməsi dövlət, yoxsa abonentlərin hesabına həll olunacaq? Bu işlərin görülməsinə uzun zamandır başlanıldığını deyən “Azərsu” ASC-nin mətbuat katibi Anar Cəbrayıllının sözlərinə görə, yeni sayğaclar dövlət hesabına qoyulur.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN