Ruslar Donetsk və Luqansk vilayətlərinin ərazisinə tam nəzarət etmək və müvəqqəti işğal olunmuş Krımla quru dəhlizini saxlamaq məqsədilə Ukraynanın şərqində hücum əməliyyatlarını davam etdirir.

Tezadlar.az "Ukrainskaya pravda"ya istinadla bildirir ki, Ukrayna Müdafiə Nazirliyinin Baş Qərargah bildirib ki, “Donetsk və Taurida istiqamətlərində düşmən bölmələri Limanski, Severodonetski və Popasnyanski istiqamətlərində hücum əməliyyatı keçirməyə çalışır. Düşmən Rubejnoye və Popasnaya yaşayış məntəqələri üzərində tam nəzarət yaratmaq cəhdlərini davam etdirir və Severodonetsk istiqamətində irəliləmək üçün hazırlıq tədbirləri görür. Düşmən qoşunlarımızı atəşə tutmaqda davam edir”.

Beləliklə, 9 may Faşizm üzərində Qələbənin ildönümü yaxınlaşdıqca, Rusiya ordusu bütün qüvvələrini səfərbər etməyə çalışır, lakin faktdır ki, itkilərdən və iki aylıq müharibədən yorulmuş ordu çətin durumdadır. Bu tərəfdən də ABŞ Və Avropa ölkələrindən Ukraynaya edilən yüksək hərbi yardımlar Rusiyanın əl-qolunu bağlamaqdadır. Vəziyyət isə getdikcə mürəkkəb xarakter alır...

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN