ABŞ-da keçirilən festivalda atışma olub.

Bu barədə “Accosiated Press” (AP) xəbər verir.

Məlumata görə, hadisə Missisipidə qeydə alınıb. Atışma nəticəsində bir nəfər ölüb, daha bir neçə nəfər yaralanıb.

Hinds qraflığının şerifi Tayri Jons sosial mediada bildirib ki, şənbə günü axşam bir neçə yaralı olaraq yerli xəstəxanalara aparılıb, daha bir nəfərin hadisə yerində öldüyü güman edilir.

Cons bildirib ki, hadisə "Mississippi Mudbug" festivalının keçirildiyi yarmarkada baş verib.

O, həmçinin bu hadisə ilə bağlı zabitin iştirak etdiyi güllələnmə faktı ilə bağlı araşdırma aparıldığını deyib, lakin əlavə təfərrüatları açıqlamayıb. Şerifin sözlərinə görə, kömək üçün əraziyə Missisipi Təhqiqat Bürosu çağırılıb.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN