Daxili İşlər Nazirliyi (DİN) Lənkəran Dövlət Universitetinin (LDU) müəlliminin tələbələrə qiymət yazmaq üçün əxlaqsız təklif etməsi ilə bağlı yayılan iddialara münasibət bildirib. Məlumata görə, DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupunun baş inspektoru polis baş leytenantı Məhəmməd Rzayev bildirib ki, nazirlik yayılan görüntülərdən məlumatlıdır.

"Yayılan iddialar Lənkəran Şəhər Rayon Polis Şöbəsində araşdırılır. Təfərrüatlar ətraflı araşdırmadan sonra məlum olacaq", - nazirlik nümayəndəsi qeyd edib.

Xatırladaq ki, sosial şəbəkədə LDU-nun müəllimi Elşad Rəhimovun tələbələrə qiymət yazmaq üçün əxlaqsız təklif etdiyi barədə iddialar yayılıb.

Belə ki, Lənkəran Dövlət Universitetinin müəllimi Elşad Rəhimov tələbələrə qiymət yazmaq üçün əxlaqsız təklif edib.

Bununla bağlı jurnalist Amil Xəlili sosial şəbəkədə paylaşım edib.

O bildirib ki, sözügedən universitetin müəllimi Elşad Rəhimov qızlara görüntülü zəng edərək, seksual xarakterli hərəkət edib və onlardan da eynisini tələb edib.

Jurnalist qeyd edib ki, bir neçə tələbə qız buna razı olsa da, etiraz edənlər də olub. Hətta sonradan müəllimin həmin qızları şantaj etdiyi də iddia olunur.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN