Azərbaycan startapı rusiyalılara sanksiyadan yayınmaq üçün dəstək verməyə çalışdı, amma özünü tələyə saldı... Bu barədə Multimedia Mərkəzinin rəhbəri Osman Gündüz məlumat yayıb. O.Gündüz yazır:
-Gözlənilən baş verdi: Visa və Stripe qlobal ödəniş sistemləri Azərbaycan startapı olan Bankoff kartlarına xidmət göstərməyi dayandırıb. Bankoff-un öz resurslarının da bloklandığı bildirilir. Problemlə bağlı Bankoff özü də müştərilərinə məlumat verib... Qeyd edim ki, bir neçə gün öncə Azərbaycandan olan bu startapın sanksiyadan yayınmaq üçün rusiyalılara kömək etdiyi haqqında yazmışdım. Bankoff 2020-ci ildə fəaliyyətə başlayıb. İnternet üzərindən virtual kartlar təqdim edən bir servisdir. Komandasını bacarıqlı gənclər olaraq tanıyıram. Rusiyaya sanksiyalar tətbiq ediləndə birdən-birə bu servisin müştərilərinin sayının 10 dəfə artdığı bildirilirdi. Qlobal yazışmaları izləyəndə proqnozlaşdırmaq olurdu ki, Bankoff bu qaydada, kütləvi olaraq ruslara kartlar verməkdə davam edərsə problem olacaq. Təəssüf ki, gözlənilən baş verdi. Güman etmək olar ki, rusiyalıların kütləvi şəkildə Bankoff dan kart almasını maraqlı tərəflər müşahidə ediblər və Visa və Stripe təsir edərək startapımıza qarşı sanksiya tətbiq etdiriblər. Eyni zamanda ona da təəssüf edirəm ki, ekosistemdən olan bəzi dostlarımız da qlobal trendləri zamanında dəyərləndirə bilmədilər və gözəl ideyası olan gəns startapçılarımıza da düzgün istiqamət götürməyə yetərincə səy göstərmədilər. Ümid edirəm Bankoff rəsmiləri tezliklə Visa və Stripe ilə özlərinin və müştərilərinin problemlərini həll edə biləcəklər...
Təqdim etdi: A.Məmmədli
Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN