ABŞ Ukraynaya humanitar yardım üçün əlavə 397 milyon dollar ayıracaq.

Bunu ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) administratoru Samanta Pauer Ukraynaya yardım üçün donorlar konfransında deyib.

"Bu gün mən Ukraynaya 397 milyon ABŞ dolları məbləğində əlavə humanitar yardımın ayrılmasını məmnuniyyətlə elan edirəm", - deyə S.Pauer bildirib.

Beləliklə, hərbi əməliyyatlar başlayandan bəri ABŞ-ın Ukraynaya göstərdiyi ümumi humanitar yardım 690 milyon dollara çatıb.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN