Ukraynanın Mariupol şəhərinin “Azovstal” ərazisindən bütün qadınlar, uşaqlar və qocalar təxliyə edilib.

Bu barədə Ukrayna Baş nazirinin müavini İrina Vereşçuk məlumat verib.

Onun sözlərinə görə, humanitar əməliyyatın bir hissəsi artıq başa çatıb.

"Prezidentin tapşırığı yerinə yetirildi. “Azovstal”da olan bütün qadınlar, uşaqlar və qocalar təxliyə edilib. Mariupol humanitar əməliyyatının bu hissəsi başa çatıb”, - deyə Vereşçuk əlavə edib.

Qeyd edək ki, Ukrayna hərbçiləri “Azovstal” zavodunun ərazisində qalır.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN