Böyük Britaniya hökuməti Ukraynaya hərbi, iqtisadi və humanitar kömək üçün əlavə 1,3 milyon avro (1,6 milyard dollar) ayıracaq.

Xarici KİV-lər xəbər verir ki, bu barədə Birləşmiş Krallığın maliyyə naziri Rişi Sunak tərəfindən şənbə günü axşam saatlarında yayılmış bəyanatda deyilir.

Məlumata görə, yeni dəstək paketinə Baş nazir Boris Consonun bir qədər əvvəl elan etdiyi 300 milyon avro məbləğində döyüş texnikası da daxildir. Burada radioelektron mübarizə vasitələri, o cümlədən mobil radiolokasiya stansiyaları, gecəgörmə cihazları və sair barədə söhbət gedir.

Bundan başqa, qeyd olunur ki, Boris Conson mayın ikinci yarısında Krallığın müdafiə müəssisələrinin rəhbərləri ilə görüşündə silah istehsalını artırmaq məsələsini müzakirə etmək niyyətindədir. “Biz Böyük Britaniyada müasir müdafiə avadanlığı işləyib hazırlamağı və istehsal etməyi sürətləndirməklə öz təhlükəsizliyimizi və iqtisadiyyatımızı möhkəmləndiririk”, - deyə Baş nazir bəyan edib.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN