Huşunu itirən qadın xilas edilsə də, huşu özünə gəlməyib...

Ermənistan mətbuatının məlumatına görə, “ŞANT” telekanalının aparıcısı Armine Çaqaryan həmkarları ilə çəkiliş apardığı zaman Debed çayında  (Tona çayı -red) boğulub.

Hadisə təxminən 16.40 radələrində baş verib.

Qeyd edilir ki, Ermənistanın FHN-nə qadının qayıqdan suya düşməsi barədə məlumat daxil olub. Xilasedicilər onu çaydan çıxarıblar, lakin aparıcı huşunu itirib. Zərərçəkmiş Alaverdi tibb mərkəzinə çatdırılıb, lakin həkimlərin səyinə baxmayaraq, onu xilas etmək mümkün olmayıb.

Polis hadisə ilə bağlı materiallar hazırlayır, fövqəladə vəziyyətin bütün şəraiti araşdırılır.

Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN