"Salyan Regional Qaz İstismar İdarəsinin xidmət sahələri olan Sabirabad və Saatlıda qaz itkisini azaltmaq üçün demək olar ki, hər abonentə yükləmə olub. Yukləmələr mart ayının hesabatlarında qaz itkilərinin azaldılması istiqamətində görülmüş qara işlərdir".

Bu barədə sözügedən qurumdan adının çəkilməsini istəməyən mənbə məlumat verib.

Mənbə daha sonra iddia edir: "Havaların qızması isə həmin saygacların verilmiş göstəriciyə çatmaması açıq-aydın görünür. İndi də yükləmə olunmuş sayğacları yenisi ilə əvəz edirlər ki, verilmiş kublarda qabağa düşsünlər".

Məlumatda o da qeyd olunur ki, may ayında 80000 sayğac dəyişilməlidir. Hər birinə 50-60 m3 qaz əlavə olunmaqla. Məsələn: evinizə sayğac dəyişməyə gəlirlər. Sayğacınız da mexanikidir. Üzərində də, tutaq ki, 1220 m3 qaz var. Akt yazılır, dəyişdirilir. İdarədə onu edirlər 1300 m3 və vururlar sistemə. Bəzən abonentlərə 2000 m3 yükləyib sayğacı söküb atırlar.

İddia olunanlarla bağlı qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN