Tbilisi Şəhər Məhkəməsində sabiq prezident Mixail Saakaşvilinin

şəxsi ehtiyacları üçün dövlət vəsaitindən 3 milyon dollardan çox mənimsəmə işi üzrə iclası mayın 24-nə təxirə salınıb.

Mixeil Saakaşvilinin səhhəti pisləşdiyi üçün iclas zalında olmayıb.

Eks-prezidentin vəkilləri hakimdən xüsusi Penitensiar Xidmətə “Empatiya” mərkəzinin ekspertlərini tibbi müayinə üçün həbsxanaya buraxılması barədə göstəriş verməsini tələb ediblər.

Həmçinin bu gün Gürcüstanın ədliyyə naziri Rati Breqadze bildirib ki, Saakaşviliyə “Vivamedi” mülki klinikasında müalicə təklif olunacaq. Onun sözlərinə görə, Saakaşvili dərmanları və yeməkləri seçərək qəbul edir, bu da onun həyatı üçün təhlükə yaradır

Xatırladaq ki, 54 yaşlı Mixeil Saakaşvili siyasi karyerasına 1995-ci ildə başlayıb. O, həmin il Gürcüstan parlamentinin deputatı seçilib. 2000-ci ildə ədliyyə naziri vəzifəsinə təyin edilib. Daha sonra Tiflis meri seçilib. 2004-2013-cü illərdə Gürcüstan prezidenti olub.

2013- cü ildə Gürcüstan prezidenti vəzifəsini başa çatdıran Saakaşvili bir müddət Avropa və ABŞ-da hüquq sahəsində çalışdıqdan sonra Ukraynaya yollanmışdı. 2014-2015 Ukrayna siyasi mühitində mühüm rollardan birini oynayan Mixeil Saakaşvili Petro Poroşenko tərəfindən Odessa vilayətinin qubernatoru təyin edilmişdi.

M.Saakaşvili Ukrayna vətəndaşlığından 2017-ci il iyulun 26-da çıxarılııb. Bununla bağlı fərmanı o vaxt Ukraynanın Prezidenti olan Petro Poroşenko imzalamışdı. Ukraynanın yeni prezidenti Vladimir Zelenski dövründə 2019-cu ilin may ayında Mixail Saakaşviliyə Ukrayna pasportu geri qaytarılıb.

2021 -ci ilin oktyabrında Mixail Saakaşvili 2013 -cü ildən Gürcüstan xaricində mühacirətdə olduqdan sonra ölkəsinə qanunsuz qayıtdıqdan sonra həbs edilib.

 

Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN