Polşanın Moskvadakı səfirliyinin girişi və girişdəki lövhə naməlum şəxslər tərəfindən qırmızı boya ilə boyanıb.

Yayımlanan videoda bir neçə kişinin səfirliyin darvazasına yaxınlaşdığı və binanın divarındakı lövhəyə, darvazaya, eləcə də pəncərənin üzərinə qırmızı boya tökdükləri əks olunub.

Hadisəni “Onet” nəşrinə Polşa Xarici İşlər Nazirliyinin sözçüsü Lukaş Yasina təsdiqləyib.

“Səfir hadisəni təsdiqləyir, polisin gəlməsini gözləyir. Onlar Polşa Respublikasının gerbi olan lövhəyə boya töküblər”, - deyə Yasina bildirib.

Xatırladaq ki, Rusiyanın Polşadakı səfiri Sergey Andreyev bazar ertəsi sovet əsgərlərinin Varşavadakı məzarlığını ziyarət edərkən naməlum şəxslər ona hücum ediblər və üstünə qımızı boya töküblər. Diplomatlara abidəyə yaxınlaşmağa icazə verilməyib.

Həmin şəxslər onları  “faşist” adlandırıblar.

Hadisədən sonra Rusiya Xarici İşlər Nazirliyi Polşaya etirazını bildirib.

Videonu izləmək üçün aşağıdakı linkə daxil olun:

https://www.youtube.com/shorts/jLkB9Zt-qIo

 

JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN