Bu gün Hacıqabul Mərkəzi Xəstəxanasının keçmiş baş həkimi Bəşirov Hafis Dəmir oğlu 67 yaşında dünyasını dəyişib.

Bu barədə YAP Hacıqabul rayon təşkilatı məlumat yayıb.

Xatırladaq ki, Hafis həkim uzun illər Hacıqabul Mərkəzi Xəstəxanasının baş həkimi vəzifəsində çalışıb. 2007 - 2022-ci illərdə Yeni Azərbaycan Partiyasının Hacıqabul rayon təşkilatının sədri kimi fəaliyyət göstərib.

Hafis həkimin şəfalı əlləri saysız-hesabsız xəstəni həyata qaytarıb, insanların ümid yeri olub.

Qeyd edək ki, bu gün səhər Hacıqabul rayonunda - yaşadığı evdə mərhumla vida mərasimi keçirilib.

ALLAH RƏHMƏT ELƏSİN!

Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN