Beyləqan rayonu, Birinci Şahsevən kəndi yaxınlığında tullantıların qalaqlanması ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət araşdırılıb və fakt təsdiqini tapıb.

Bu barədə Xidmət rəsmisi Bəhruz Məhəmmədov məlumat verib.

O bildirib ki, faktla bağlı Birinci Şahsevən bələdiyyəsinin sədri Azad Məmmədov barəsində protokol tərtib edilib və o, vəzifəli şəxs qismində 3000 manat məbləğində cərimə olunub: "Ərazinin tullantılardan təmizlənməsi və gələcəkdə belə hallara yol verilməməsi məqsədilə bələdiyyə sədrinə məcburi göstəriş verilib”.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN