Avropa İttifaqının Xarici və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrell Macarıstanın hazırkı müqavimətinə baxmayaraq, üzv ölkələrin Rusiyaya qarşı neft embarqosu ilə bağlı razılığa gələcəyinə əminliyini ifadə edib.

Tezadlar.az CNN-ə istinadla bildirir ki, o, bunu “Yeddilik” ölkələrinin xarici işlər nazirlərinin Almaniyada keçirilən görüşündən əvvəl bəyan edib. Onun sözlərinə görə, altıncı sanksiyalar paketinin razılaşdırılması üzərində iş davam edir. "Bazar ertəsi xarici işlər nazirləri bu məsələyə baxacaqlar və mən razılaşma üçün yeni siyasi təkan verəcəyəm. Əminəm ki, bizim razılaşmamız olacaq. Bu razılaşma bizə lazımdır və biz də Rusiyanın neft asılılığından xilas olmalıyıq.”

Borrel əlavə edib: "Biz 27 üzv dövlətin hər birinin konkret şəraitini başa düşməliyik. Amma səfirlər səviyyəsində razılıq əldə olunmasa, bazar ertəsi nazirlərə buna siyasi təkan vermək lazımdır. Bunun üçün səy göstərəcəyəm".

Bu isə o deməkdir ki, Rusiyanın əsas neft və qaz bazarı bağlanır. Bu isə ölkənin kritik iqtisadiyyata məhkumluğu deməkdir.

A.Məmmədli

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN