Əfqanıstanın paytaxtı Kabildə günorta saatlarında məsciddə baş vermiş partlayışda ölən və yaralananların sayı açıqlanıb.

"RİA Novosti" xəbər verir ki, bu barədə Əfqanıstan Səhiyyə Nazirliyi məlumat yayıb.

Məlumata görə, hadisə nəticəsində 7 nəfər ölüb, 17 nəfər yaralanıb.

Partlayış məsciddə namaz vaxtı baş verib.

Hələlik bölgədə fəaliyyət göstərən silahlı qrupların heç biri partlayışa görə məsuliyyəti üzərinə götürməyib.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN