Xəbər verdiyimiz kimi, bu gün  Moskvada KTMT-nin (Ermənistan, Belarus, Rusiya, Qazaxıstan, Qırğızıstan, Tacikistan) yubiley sammiti keçirilib.

KTMT ölkələrinin liderləri qitədə gərginliyin azaldılmasını vacib hesab edir və NATO ilə əməkdaşlığa hazır olduqlarını təsdiqləyirlər.

TEZADLAR.AZ ria-ya istinadən xəbər verir ki, bu barədə Sammitdə birgə qəbul olunmuş bəyanatda bildirilib.

“Avrasiya regionunda davamlı sülhün təmin edilməsində öz məsuliyyətimizi dərk edərək, biz qitədə gərginliyin azaldılmasının vacibliyini vurğulayır və Şimali Atlantika Müqaviləsi Təşkilatı ilə əməli əməkdaşlıq qurmağa hazır olduğumuzu təsdiqləyirik”, - deyə sənəddə qeyd edilib.

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN