ABŞ VƏ Böyük Brutaniya hərbçilərinin dəstəyi ilə Ukrayna Mariupolun müdafiəçilərini xilas etmək üçün əməliyyata başlayıb.

Tezadlar.az "Ukrainskaya pravda"ya istinadla xəbər verir ki, müdafiə nazirinin müavini Anna Malyar bildirib ki, “Azovstal”ın yaralı əsgərləri işğal altındakı Novoazovskdakı xəstəxanaya təxliyə edilib.  Sitat: "Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi, Ukrayna Silahlı Qüvvələri, Milli Qvardiya, Sərhəd Xidməti birlikdə "Azovstal" zavodunun ərazisində blokadaya alınmış Mariupol müdafiəçilərinin xilas edilməsi əməliyyatına başlayıb. Mayın 16-da 53 ağır yaralı tibbi yardım üçün Azovstaldan Novoazovskdakı tibb müəssisəsinə təxliyə edilib”.

Daha 211 nəfər humanitar dəhlizlə Olenevkaya çatdırılıb və onların evlərinə qaytarılması üçün mübadilə proseduru həyata keçiriləcək. Bu əməliyyatlarda Ukraynanın əldə etdiyi dronların böyük köməyi var. Rus hərbçilərinin atəş nöqtələrini susdurmaq üçün dronlar havadan zərbələr endirir.

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN