Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan NATO-ya üzvlük prosesləri ilə bağlı danışıqlar aparmaq üçün 23 mayda Türkiyəyə gələcəkləri bildirilən Finlandiya və İsveç nümayəndə heyətləri ilə bağlı

“Bizi razı salmağamı gələcəklər? Bağışlasınlar, yorulmasınlar” bildirib.

TRT-nin məlumatına görə,  R.T.Ərdoğan paytaxt Ankaraya rəsmi səfəri çərçivəsində Türkiyədə əlcəzairli həmkarı Əbdülməcid Tebbun ilə keçirdiyi birgə mətbuat konfransında İsveç və Finlandiya ilə bağlı mövzuda açıqlama verərək deyib: “Hər iki ölkənin terror təşkilatlarına qarşı mövqeləri birmənalı deyil. Bizi inandırmağa gələcəklər, bağışlasınlar, yorulmasınlar. Türkiyəyə sanksiya tətbiq edənlərin bu müddət ərzində bir təhlükəsizlik təşkilatı olan NATO-ya daxil olması üçün biz "hə" deyə bilmərik”.

Xatırladaq ki, mayın 12-də Finlandiya prezidenti Sauli Niiniste və baş nazir Sanna Marin ölkənin NATO-ya qəbulunu dəstəklədiklərini rəsmən bəyan ediblər. İsveçin isə bu gün - mayın 17-də NATO-ya üzvlük üçün müraciət edəcəyi gözlənilir..

Bir neçə gün öncə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Finlandiyanın və İsveçin NATO-ya üzlük məsələsinə toxunaraq bildirib ki, “hazırda İsveç və Finlandiyadakı hadisələri izləyirik”.

 “Amma müsbət fikirdə deyilik. Çünki bizdən əvvəlki administrasiyalar Yunanıstanla bağlı NATO mövzusunda səhvə yol vermişdilər. Arxasında NATO olan Yunanıstanın Türkiyəyə münasibətini bilirsiniz və biz Türkiyə olaraq bu mövzuda ikinci bir səhv etmək istəmirik. Qaldı ki, Skandinaviya ölkələri təəssüf ki, az qala terror təşkilatları üçün qonaq evləri kimidir. PKK-sı, DHKPC-si İsveç və Hollandiyada yerləşir. Daha da irəli gedirəm - onların parlamentlərində yer alır. Ona görə də buna müsbət baxmağımız mümkün deyil”, - deyə bildirib.

Bu açıqlamadan sonra isə İsveç və Finlandiya xarici işlər nazirləri Ann Linde və Pekka Haavisto  NATO-ya üzvlük müraciətlərini müzakirə etmək üçün Türkiyə Prezidenti R.T.Ərdoğanı ziyarət etmək istəklərini dilə gətiriblər.

Lakin məlum olur ki, uzun illərdir ki, PKK-nın əli ilə Türkiyənin "canını yandırmaq istəyənlər" var və belə terrorçu təşkilatlara bəzi dövlətlər arxa dururlar.... 

Y.MƏMMƏDLİ

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN