Qara dənizdəki gəmilərdən və sualtı qayıqlardan qanadlı raketlər və “Bastion” sahil raket sistemlərindən raket zərbələri təhlükəsi qalmaqdadır.

Ukraynaya qarşı istifadə edilən Rusiya qoşunlarının ümumi birləşmiş qruplaşması (ehtiyatlar da daxil olmaqla) təxminən 167.000 şəxsi heyətdən ibarətdir.

Bunu Ukraynanın müdafiə naziri Aleksey Reznikov NATO baş katibinin iştirakı ilə müdafiə nazirləri səviyyəsində Aİ-nin Xarici Əlaqələr Şurasında açıqlayıb.

Reznikov Rusiyanın bu müharibəni uzatmasının qarşısını almaq və işğalçılara qalib gəlmək üçün Ukraynaya tez bir zamanda silah tədarükünün vacibliyini vurğulayıb.

Reznikovun sözlərinə görə, Rusiya uzunmüddətli müharibəyə hazırlaşır.

Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin fevralın 24-də Ukraynanın “denasifikasiya və demilitarizasiyası” (nasizm ünsürlərindən təmizlənmə və silahsızlaşdırılma), habelə Donetsk və Luqansk “respublikalarının ərazi bütövlüyünün” təmin olunması adı altında  ölkəyə qoşun yeridilməsi barədə əmr verdi.

...Şəhərlər, kəndlər dağıdılır, milyonlarla insan qaçqına çevrilb - ölkəni tərk edir, mülki əhali arasında da çoxlu sayda insan həyatını itirib, Ukraynaya milyardlarla dollar ziyan dəyib, iqtisadiyyatı çöküb və ilaxır. Təəssüf ki, bu müharibə 3 aya yaxındır ki, davam edir və hər gün yeni itkilərə səbəb olur...

JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN