İntihar halları son illər demək olar ki, hər gün istər sosial şəbəkələrdə, istər qəzet və jurnallarda, istərsə də televiziya verilişlərində çox rast gəldiyimiz mövzulardan bəlkə də ən birincisidir.

Ali məktəbə qəbul ola bilməyən gənc qız və yaxud oğlan çıxış yolunu intiharda gördü, sevdiyi qızdan yox cavabı alan, yaxud işini itirən gənc oğlan özünü asaraq intihar etdi, ailəsini dolandıra bilməyən ata özünü yandırdı və s. bu kimi xəbərləri demək olar ki, eşitmədiyimiz gün yoxdur.

Bu gün isə eşitdik ki, Qarabağ qazisi olan həmkarımız intihara cəhd edib.

Belə ki, jurnalist Nəsimi Şərəfxanlı evində sirkə turşusu içərək zəhərlənib. O, dərhal Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilib.

Kliniki Tibbi Mərkəzin Mətbuat xidmətindən bildirilib ki, jurnalist ağır vəziyyətdə şöbəyə yerləşdirilib.

"Həkimlərin səyi nəticəsində onun həyatını xilas etmək mümkün olub. Hazırda şöbədə müalicəsi davam etdirilir, vəziyyəti kafi qiymətlənidirilir", - Kliniki Tibbi Mərkəzdən bildirib.

Məlumat üçün qeyd edək ki, baş leytenant Nəsimi Şərəfxanlı Vətən müharibəsinin ilk günlərindən könüllü olaraq hərbi əməliyyatlara qoşulub və dövlət başçısının müvafiq sərəncamları ilə “Cəbrayılın azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilib.

Hələlik jurnalistin intihar cəhdinin səbəbi açıqlanmayıb.

Qeyd edək ki, N.Şərəfxanlı "Cumhuriyyet.az" saytının rəhbəridir.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN