Qarabağ qazisi, 1-ci qrup əlil Musa Abbasov 2006-cı ildə vəfat etəs də, bu günə qədər mərhumun ailəsi heç bir müavinət almayıb. Ailənin etdiyi müraciətlərə isə rəsmi qurumlardan absurd cavab verilib.

Bu barədə sosial şəbəkələrdə paylaşılan məlumatda bildirilir ki, hazırda Mingəçevir şəhərində yaşayan Ağdamdan məcburi köçkün olan mərhum qazinin həyat yoldaşı müavinət ala bilməsi üçün əlaqədar qurumlara müraciət edib. Və absurd bir rəsmi cavabla üz-üzə qalıb. Belə ki, mərhum Qarabağ qazisinin xanımına gec müraciət etdiyi deyilərək imtina cavabı verilib.

Bəs görəsən, doğrudanmı, belə bir  məsələ bağlı gec müraciət edilməsi imtina üçün əsas ola bilərmi? Bəlkə əksinə, müraciət vaxtına qədər də verilməli olan müavinət belə ailəyə ödənməlidir.

Onu da bildiririk ki, paylaşımda artıq məsələ ilə əlaqədar Prezident İlham Əliyevə müraciət edildiyi qeyd olunub.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN