Yaşayış sahəsində tir tüfəngindən istifadə etmək ağır fəsadlar yarada bilər.

Bunu DİN Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev  sosial şəbəkə hesabında bildirib.

 O qeyd edib ki, paytaxtın Xətai rayonunda bir nəfər tir tüfəngindən atdığı qırma digər qonşunun pəncərəsini zədələyib.

“Orda insan olsaydı, onun gözünə dəysəydi, necə olacaqdı?  Tir tüfəngi, yaxud idman silahı olan şəxslər bilməlidir ki, bu kateqoriyadan olan xüsusi vasitələrin yaşayış olan ərazilərdə istifadəsi qadağandır. Həmin şəxslər onu da bilsinlər ki, bu neqativ hal xəsarətlə yanaşı, kimsə ondan stres keçirə, narahat ola, həyəcanlana bilər”,  - deyə bildirib.  

Xatırladaq ki, indiyədək  tir tüfəngi ilə ov edən zaman özünü, əyləncə mərkəzində sinif yoldaşını... bilməyərəkdən güllələmə faktlarının da olduğu məlumdur. Hətta tir tüfəngi ilə bilərəkdən digər şəxsi güllələyənlər də olub.

Və internetdə də belə tüfənglərin satışı barədə elanlar az deyil.

 

Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN