"2015-ci ilin sentyabr ayındakı təbii fəlakətlə bağlı uçan, dağılan evlərdən biri də mənimdir. Hazırda həmin evin üstü qəzalı vəziyyətdədir. İki azyaşlı övladım var. Özüm isə  ikinci qrup əliləm, ancaq əlillik pensiyam da kəsilib. Evdə 10 ailə üzvü yaşayırdı, lakin qorxumdan bacılarımı və qardaşım uşaqlarını evdən çıxartdım ki, birdən ev uçar. Yağış yağanda evə girmək olmur. Neçə gündür güclü yağışlar yağır, odur ki, vəziyyətimizi təsəvvür edin".

Bu sətirlər Şəkinin Qayabaşı kənd sakini Faiq Eminovun şikayət məktubundandır. O, məsələ ilə bağlı müraciət etdiyi aidiyyəti qurumların heç birindən kömək görmədiyini bildirir: "2015-ci ildən 2021-ci ilə qədər vəziyyətlə əlaqədar Şəki Rayon İcra Hakimiyyətinə dəfələrlə məktublar yazmışıq, müraciət etmişik, amma heç bir xeyri olmayıb. Ev başımıza uçur, rayon rəhbərliyi isə susur. Yalnız deyirlər, sığorta yoxdur, guya gecikməyə düşmüsən, Fövqəlada Hallar Nazirliyi bizə pul ayırmayıb ki, biz də sizə köməklik edək. O vaxt kimlərsə pul verib ev tikdirdi, mənim kimilər isə qaldı kənarda. Heç olmasa evimin damını dəyişdirməyə kömək etsinlər. Mən hansı pulla bu evi bərpa edim? Hansı pulla tikim? Prezident xalq üçün hər şey edir, amma bu məmurlardan biz bir köməklik görmürük! Batıb-gedirik, məhv oluruq, evimiz uçur. Sabah başımıza bir iş gəlsə, kim buna cavab verəcək? Xahiş edirəm, məsələni nəzarətdə saxlayın. Sizin vasitənizlə aidiyyəti qurumlara bir daha müraciət edirəm, qoymayın ev başımıza uçsun. Millət vəkili Qənirə Paşayevaya müraciət edirəm, o bəlkə problemimizi bilsə, səsimizi yuxarı dairələrə çatdırarmaqda bizə köməklik göstərər".

Məsələ ilə bağlı maraqlı tərəflərin də mövqeyini dərc etməyə hazırıq.

E.ŞİRİNOV

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN