Xarici İşlər Nazirliyinin keçirdiyi açıq tender müsabiqəsinin qalibi “Avtoservis 555” Məhdud Məsuliyyətli Cəmiyyəti olub.

Tezadlar.az XİN-in rəsmi saytına istinadən xəbər verir ki, Xarici İşlər Nazirliyinin balansında olan nəqliyyat vasitələri üçün sürtkü materiallarının alınması və dəyişdirilməsi, eləcə də müxtəlif cari təmir işləri və xidmətlərin satın alınması ilə əlaqədar 20 aprel 2022-ci il tarixində dövlət satınalmalarının vahid internet portalında dərc edilmiş elektron satınalma vasitəsilə keçirilən kotirovka sorğusunda iddiaçılardan portal vasitəsilə daxil olmuş təkliflərin qiymətləndirilməsi həyata keçirilmiş, "Avtoservis 555" MMC qalib elan edilib.

Qeyd edək ki, sözügedən təşkilatla 24 may 2022-ci il tarixində müvafiq satınalma müqaviləsi bağlanıb.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN