"Müştəriyəm Şikayətim Var" sosial qrupundakı paylaşımında Rüstəm Gülməmmədov adlı istifadəçi "Baku Electronics" şirkətindən şikayətlənir.

R.Gülməmmədov yazır: "Şikayətim "Baku Electronics" şirkətindəndir. Eyni zamanda 4-5 ev əşyası aldım. Soyuducu və paltaryuyanın qapısı zədəli oldu. Şirkətə müraciət etdim, zəmanət ola-ola ödənişsiz xidmətdən boyun qaçırdılar. 10 ildən artıqdır ki, bu şirkətin müştərisi idim. Amma xidmətləri bərbaddır".

Narazı vətəndaş məsələ ilə əlaqədar müvafiq dövlət qurumlarına müraciət etdiyini, lakin müsbət cavab ala bilmədiyini də qeyd edir: "Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə müraciət etdim və xahiş etdim ki, bu şirkətin fəaliyyətinə nəzarət edilsin. Şikayətimizi dinləyən bir nəfər belə tapılmadı..."

Məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

E.ŞİRİNOV

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN