Abşeron rayonunun Masazır qəsəbə sakini Qasımov Cahangir Qulu oğlu KİV-lərə müraciət edərək, üzləşdiyi problemin işıqlandırılmasını xahiş edib.

Qarabağ Qazisi olan Cahangir Qasımov Masazırda yerləşən bağ evinə qaz xətti çəkdirə bilmir. O, Asan Kommunal xidmətinə müraciət etsə də, ona özəl şirkət vasitəsilə ödəniş müqabilində qaz xəttinin çəkiləcəyi deyilib: "Masazırda da bağ evimiz var. Ev qardaşım Qasımov Ayaz Qulu oğlunun adınadır. Evin də sənədləri qaydasındadır. Mənzilin işığı və suyu çəkilib. Lakin qaz xəttini çəkdirə bilmirəm. Asan Kommunal xidmətinə getdim. Bildirirlər ki, özəl şirkət sizin qaz xəttinizi çəkməlidir. Turbanın və digər lazım olan xərcləri hesablayıb mənə deyirlər. Bütün xərcləri bizim üzərimizə atırlar. Asan Kommunal xidmət işimi daha da çətinləşdirdi. Qanunla hasara kimi xətt çəkilir. Hasardan içəri isə özüm xərcləri ödəyirəm. "Azəriqaz" İB-nin baş idarəsinə də getmişəm. Ordan dedilər ki, ərizə yazın nəzərə alınacaq. Lakin heç bir nəticəsi yoxdur. Xahiş edirəm, mənə köməklik göstərilsin".

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN