Braziliyanın Pernambuko və Alaqoas ştatlarında daşqın və torpaq sürüşmələrinə səbəb olan güclü yağışlar nəticəsində otuzdan çox insan həlak olub.

Bu barədə "The Guardian" məlumat yayıb.

Xəbərdə azı 35 nəfərin öldüyü bildirilir.

"Associated Press" isə bildirib ki, təbii fəlakət nəticəsində azı 31 nəfər ölüb, onlardan 29-u Pernambuko ştatında sürüşmənin qurbanı olub, daha ikisi isə Alaqoas ştatında çayda batıb.

Pernambuko ştatının mindən çox sakini daşqınlar səbəbindən evlərini tərk etmək məcburiyyətində qalıb.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN