Rusiya qoşunları Luqansk və Donetsk vilayətlərində 46 yaşayış məntəqəsini atəşə tutublar.

Bu barədə Ukrayna mətbuatı xəbər verir.

Atışma nəticəsində azı 4 mülki şəxs həlak olub, 9 nəfər yaralanıb.

Ümumilikdə 89 mülki obyektə ziyan dəyib, bunlar 85 yaşayış binası, xüsusi internat məktəbi, kinoteatr, zavod, avtobazadır.

Ukrayna xilasediciləri 1 500-ə yaxın insanı döyüş bölgələrindən təxliyə ediblər.

Qeyd edilir ki, Donetsk istiqaməti cəbhənin ən qaynar nöqtəsi olaraq qalır. Rusiya hərbi rəhbərliyi bu mərhələdə əsas vəzifəsini bütün Luqansk vilayətinin ərazisini ələ keçirməyə yönəldib.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN