Ermənistan polisi İrəvanda hökumət binası yaxınlığında aksiya keçirən 111 nəfəri saxlayıb.

“Sputnik Ermənistan” xəbər verir ki, bu barədə şəhər polisinin mətbuat xidməti məlumat yayıb.

Onlara qarşı İnzibati Xətalar Məcəlləsinin 182-ci maddəsi (xuliqanlıq törətməkdə şübhəli bilinmə) tətbiq edilib.

Saxlanılanlar arasında Ermənistanın sabiq prezidentinin oğlu Levon Köçəryan da var.

Etirazçılarla polis arasında toqquşma İrəvandakı 3 saylı hökumət binası qarşısında baş verib. İzdihama başçılıq edən müxalifət deputatları nazirlərlə görüşmək üçün binaya daxil olmağa çalışıblar. Polis onları içəri buraxmayıb, 5 nəfər saxlanılıb.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN