Xəbər verildiyi kimi, dünən “Melissa Group”un Nəsib Bəy Yusifbəyli 87 ünvanında inşa etdiyi “Azadlıq” layihəsində bədbəxt hadisə baş verib.

Belə ki, məlumata görə, fəhlə hündür mərtəbədən yıxılaraq aldığı zərbədən dünyasını dəyişib.

Hadisə ilə bağlı hələlik rəsmi məlumat yoxdur. Lakin sosial şəbəkədə yayılan videogörüntüdən belə məlum olur ki, dünyasını dəyişən fəhlənin bir ayaqqabısı və corabı ayağından çıxarılır, əli, ayağı, başı fərqli istiqamətə qoyulur. Belə güman edilir ki, bu hadisənin tikinti şirkətinin məsuliyyətsizliyindən baş verdiyini ört-basdır etmək üçündür.

Məlumat üçün qeyd edək ki, işçilərin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta olunmasına nəzarət tədbirləri nəticəsində son 2 ildə işçilərin qeyd olunan hallardan icbari sığortası üzrə işəgötürənlərlə bağlanan müqavilələrin sayında, həmçinin həmin icbari sığorta üzrə yığımlarda 53% artım qeydə alınıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib ki, bu da həm işçilərin, həm də işəgötürənlərin qanuni mənafelərinin daha dolğun təminatına xidmət edir. Çünki icbari sığorta müqaviləsi istehsalatda bədbəxt hadisə və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətini itirdiyi hallarda işçilərin və ya yaxınlarının sığorta ödənişi ilə təminatına imkan verir.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN