Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreş Ukrayna ilə bağlı səylərini dəstəklədiyi üçün Türkiyəyə minnətdarlığını bildirib.

Bunu bu gün baş katibin nümayəndəsi Stefan Dyujarrik deyib.

 "Biz Türkiyədən mesajlar, telefon danışıqları haqqında məlumat gördük. Baş katib Qara dənizdəki vəziyyətlə bağlı göstərdiyi dəstəyə, eləcə də bu istiqamətdə səylərini dəstəklədiyinə görə Türkiyəyə son dərəcə minnətdardır".

Bu barədə TASS məlumat yayıb.

Xatırladaq ki,  Türkiyə Ukrayna və Rusiya arasında münasibətlərin yaxşılaşması, problemin həll olunması üçün daima dost əlini uzadıb.  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan dəfələrlə həm Zelenski, həm də Putinlə telefon əlaqəsi saxlayıb.  

Türkiyə martın 10-da Antalya Diplomatiya Forumu çərçivəsində hər iki tərəfin xarici işlər nazirlərini -  Sergey Lavrovla Dmitri Kulebanı bir araya gətirdi.

Və Türkiyə vasitəçi olmaq istəyən ölkələr sırasında ən güvənilən olduğunu tərəflərə göstərdi. Hazırda da tərəfləri bir araya gətirmək və bu anlamsız müharibəyə son vermək missiyasını davam etdirir.

 

Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN