Nəsimi rayonunda Vətən müharibəsi şəhidi Rauf Səxavət oğlu Əliyevin doğum günündə əziz xatirəsi yad olunub.

Bununla əlaqədar olaraq, Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov, YAP Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov, Milli Məclisin deputatları Məlahət İbrahimqızı və Qüdrət Həsənquliyev, rayonun idarə və təşkilatlarının rəhbərləri, şəhidin döyüş yoldaşları və ictimaiyyətin nümayəndələri şəhidin məzarını ziyarət edib, önünə əklil qoyub, ruhuna dualar oxuyublar.

Çıxış edənlər Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimizin 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi Zəfərdən danışıblar. Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş bütün şəhidlərimizi dərin ehtiramla yad edildiyi, onların əziz xatirələrinin daim uca tutulduğu diqqətə çatdırılıb.

Vətən müharibəsinin ilk günlərindən könüllü olaraq döyüşlərə qatılan Rauf Əliyev Füzuli, Cəbrayıl, Zəngilan və Xocavənd rayonunun azadlığı uğrunda gedən döyüşlərdə fəal iştirak edib, 2020-ci il oktyabrın 22-də Hadrut qəsəbəsi uğrunda gedən döyüşlər zamanı şücaət göstərərək qəhrəmancasına şəhid olub. Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Əliyev Rauf Səxavət oğlu ölümündən sonra "Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə" və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.

Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya öz təşəkkürlərini bildiriblər.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN