“Bizim əsas gücümüz və ən təsirli silahımız birləşməkdir”

Ukrayna prezidenti Vladimir Zelenski İtaliyanın baş naziri Mario Draqi, Rumıniya prezidenti Klaus İohannis, Fransa prezidenti Emmanuel Makron və Almaniya federal kansleri Olaf Şolts ilə görüşdə Ukraynanın müdafiəsinin gücləndirilməsi, Rusiya Federasiyasına qarşı sanksiya təzyiqinin artırılması və Ukraynanın Avropaya inteqrasiyası barədə danışıblar.

Prezident bu barədə görüşdən sonra keçirilən brifinqdə bildirib.

O, qeyd edib ki, biz vətəndaşlarımıza və dövlətimizə iqtisadi dəstək, müharibədən sonrakı yenidənqurma ilə bağlı yanaşmalarımızın koordinasiyası haqqında danışdıq və Rusiya Federasiyasının təhrik etdiyi ərzaq böhranına qarşı çıxmaq üçün birgə imkanlarımızı təhlil etdik.

"Dörd liderin Kiyevə bu səfəri və danışıqlarımız bir daha sübut etdi ki, bizim əsas gücümüz və ən təsirli silahımız birləşməkdir. Hər şeyin ondan asılı olduğu birləşmə", -deyə Zelenski bildirib.

Xəbər veridyimiz kimi, Almaniya kansleri Olaf Şolts, Fransa prezidenti Emmanuel Makron və İtaliyanın baş naziri Mario Draqi Ukraynaya gəlib.

Xatırladaq ki, Ukrayna Aİ -yə üzvlüklə bağlı fevral ayında müraciət edib. Şimali Makedoniya, Albaniya və Monteneqro Ukraynaya Avropa İttifaqı (Aİ) üzvlüyünə namizəd statusunun verilməsinə dəstək verən birgə bəyanat qəbul ediblər.

Sabah Avropa Komissiyası Ukraynanın Aİ-yə üzvlük ərizəsi ilə bağlı yekun qərar qəbul edəcək.

Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA