Ermənistan Azərbaycanla sülh sazişi bağlanmasına yönəlmiş prosesi ləngitmək üçün aktiv şəkildə Azərbaycanı Rusiya ilə qarşı-qarşıya qoymağa, Bakı və Moskva arasındakı münasibətlərə zərbə vurmağa çalışır.

Bu barədə Turan İnformasiya Agentliyinin direktoru Mehman Əliyev YouTube kanalına müsahibəsində bildirib.

"Ermənistan vaxtı uzatmağa, hansısa prosesləri gözləməyə çalışır. Düşünürəm ki, onlar, xüsusən, bu gün Ukraynada baş verən müharibəyə ümid edirdilər. Bu müharibə zamanı onların hər yolla Azərbaycanı Rusiya ilə qarşı-qarşıya qoymağa çalışdıqlarını görürük. Müxtəlif amillərdən, o cümlədən Azərbaycanın Ukrayna-Rusiya müharibəsinə münasibətindən istifadə edirlər. Və hər yolla Azərbaycan və Rusiya arasındakı münasibətlərə zərbə vurmağa çalışırlar", - deyə M.Əliyev qeyd edib.

M.Əliyevin sözlərinə görə, amma Ermənistana dünyanın müxtəlif güc mərkəzlərinin Bakıya münasibətinin dəyişməz olaraq qaldığını başa salıblar: "Yerevana başa salıblar ki, heç kim müharibəyə qədər, müharibə zamanı və müharibədən sonra Rusiyanın da, ABŞ-ın da, Avropa İttifaqının da Azərbaycanla formalaşmış münasibətlərini yenidən nəzərdən keçirmək niyyətində deyil. Və bütün tərəflər bu (Ermənistan-Azərbaycan) münaqişənin tezliklə başa çatmasında maraqlıdır. Yəni mövzu bağlanmalıdır".

Bununla belə, M.Əliyev qeyd edib ki, Ermənistan Azərbaycanla yaxşı qonşuluq münasibətlərinin qurulması prosesini ləngitmək səylərini davam etdirir.

Ekspert həmçinin Ermənistan müxalifətinin Yerevanda çadırları yığışdırıb, Ermənistan baş naziri Nikol Paşinyanın həyata keçirdiyi siyasətə qarşı etiraz aksiyasını dayandırmaq qərarı ilə bağlı fikir bildirib.

"Düşünürəm ki, onlara heç bir dəyişiklik olmayacağını, yəni əsaslı dəyişikliklər gözləməməli olduqlarını başa salıblar... Rusiyanın bu gün nə cürsə bu prosesi (Azərbaycan və Ermənistan arasında sülh sazişinə nail olunması) gecikdirməyə, ləngitməyə çalışdığını düşünmürəm. Bu, Moskvanın maraqlarına uyğun deyil. Hətta, məncə, Moskva prosesi sürətləndirmək üçün Yerevana təzyiq göstərir", - deyə M.Əliyev bildirib.

Ukraynadakı vəziyyətə toxunan M.Əliyev qeyd edib ki, müharibə Ukraynanın siyasi, hərbi və dəyərlər nöqteyi-nəzərdən Avropa məkanına inteqrasiyasını kəskin şəkildə sürətləndirib: "Onillər ala biləcək proses sayılı dəqiqələrə qədər sürətlənib".

M.Əliyevin fikrincə, hakimiyyətə yeni qüvvələrin gələcəyi təqdirdə Rusiya da Avropaya istiqamətlənəcək: "Putinin Avropaya pəncərə açan və onu Avropa məkanının bir hissəsinə çevirən Birinci Pyotrun irsinə üz tutması təsadüfi deyildi və bunu Qərbə mesaj kimi qiymətləndirmək olar".

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA