“Kreml artıq sizin üçün hər şeyi qərara alıb və hazırda sizi müharibəyə cəlb edirlər”.

Tezadlar.az "Ukrainskaya pravda"ya istinadla xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski axşam müraciətində Belarus xalqına müraciəti zamanı deyib. O deyib ki, başqasının sizin yerinizə qərar verməsinə imkan verməyin: “Mən Belarus vətəndaşlarına müraciət etmək istəyirəm. İnsanlara - həm mülki şəxslərə, həm də hərbi rütbəlilərə. Sizi müharibəyə sürükləyirlər. Fevral və yaz aylarında olduğundan daha aktiv (şəkildə-red). Kreml artıq sizin üçün hər şeyi qərara alıb - sizin həyatınız onlar üçün heç bir əhəmiyyəti yoxdur. Ancaq siz qul deyilsiniz və top “əti” deyilsiniz. Siz ölməməlisiniz. Və başqasının sənin üçün nə olacağına qərar verməsinə icazə verə bilməzsən", - deyə V. Zelenski bildirib.

Neçə gün əvvəl Ukrayna Xüsusi Xidmət orqanları xəbər vermişdilər ki, Belorusla Ukrayna sərhədində Rusiyanın hərbi texnikaları cəmləşib. Bu isə Avropa ölkələrinin Ukraynanın müdafiəsi üçün səfərbər olmağa çağırış və siqnal demək idi...

Yasəmən Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN