Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə Lənkəran şəhərinin Şəhidlər xiyabanı küçəsində vətəndaşa məxsus fərdi yaşayış evində yanğın baş verməsi barədə məlumat daxil olub.

Nazirliyin mətbuat xidmətindən bildiriblər ki, məlumat daxil olduqdan sonra FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Lənkəran Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri çağırış üzrə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının Bağırova Fazilə Bilal qızına məxsus ümumi sahəsi 96 kvadratmetr olan birmərtəbəli dördotaqlı evdə baş verdiyi və yanğın başlamış otaqda yataq xəstəsi olan vətəndaşın həyatı üçün təhlükəli vəziyyətin yarandığı müəyyənləşdirilib.

Yanğınsöndürənlər yanğına çevik müdaxilə edərək onun yayılmasına imkan vermədən alovu qısa müddətdə söndürüb. Ev sahibinin həyat yoldaşı yataqda olan 1-ci qrup əlil 1964-cü il təvəllüdlü Bağırov Ədalət Nəhmət oğlu xilas olunaraq aidiyyəti üzrə təhvil verilib. Yanğın zamanı dördotaqlı evin bir otağında bir xalça qismən yanıb, ev alovdan mühafizə olunub.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN