Paris məhkəməsi Durovun işi üzrə dinləməni hələ təyin etməyib.

Pin It

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Misir Ərəb Respublikasının Dini işlər və vəqflər naziri Usama Əl-Əzhəri ilə görüşüb. Görüş zamanı iki ölkə arasında dostluq münasibətlərinə diqqət çəkərək, Azərbaycan və Misir prezidentlərinin siyasətinin bütün sahələrdə əməkdaşlığın ən yüksək səviyyədə qurulması üçün etibarlı zəmin yaratdığını bildirib. Ölkəmizdəki dövlət-din münasibətləri, multikultural mühit haqqında danışan Ramin Məmmədov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında bu sahədə həyata keçirilən genişmiqyaslı tədbirlər, milli-mənəvi dəyərlərin qorunması, dini etiqad azadlığının təmin olunması istiqamətində görülən işlər barədə məlumat verib. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın təşəbbüslərinin mədəniyyətlərarası və dinlərarası dialoqun təşviqinə böyük töhfələr verdiyini vurğulayıb. Müvafiq qurumların, habelə Komitənin tabeliyində fəaliyyət göstərən Azərbaycan İlahiyyat İnstitutu ilə Misirin dini təhsil ocaqları arasında əməkdaşlığın genişləndirilməsinin zəruriliyini qeyd edib.

Pin It

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti növbəti müşavirə keçirib.

Pin It

Rusiya Hava Hücumundan Müdafiə Qüvvələri Kursk vilayətinin sərhəd bölgəsində Ukrayna Silahlı Qüvvələrinə məxsus iki idarə olunan aviasiya bombasını vurub.

Pin It

Nəqliyyat vasitələrinin texniki sazlığının nəzarətdə saxlanılmaması, eləcə də vaxtında texniki qulluq göstərilməməsi son nəticədə ağırlıq dərəcəsi yüksək olan yol qəzalarının baş verməsinə gətirib çıxarır.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN