Ukrayna Prezidenti Vladimir Zelenski öz Telegram kanalında Ali Baş Komandanın qərargahında Ukrayna Silahlı Qüvvələri (USQ) üçün pilotsuz uçuş aparatlarının (PUA) tədarükü, eləcə də hərbi əməliyyatların gedişatını müzakirə etdiyini bildirib.

Pin It

"Balakən 1 və 2 xətt” ölçü qovşağından qidalanan orta təzyiqli qaz xəttində görüləcək təmir işləri ilə əlaqədar avqustun 17-si saat 08:00-dan, "Müşfiqabad” QPS-də aparılacaq təmir işləri və yeni çəkilmiş qaz xəttinin sənaye kollektoruna qoşulması ilə əlaqədar saat 10:00-dan, həmçinin “Müşfiqabad” və “Çaylı-Qobustan” orta təzyiqli qaz kəmərlərində kipliyə sınaq olunması məqsədilə saat 10:30-dan işlər başa çatanadək qaz təchizatı dayandırılacaq.

Pin It

Avqustun 16-sı saat 19:40 radələrində Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycan Ordusunun Şuşa rayonu istiqamətində yerləşən mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər.

Pin It

Avqustun 16-sı saat 18:20-dən başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Əzizli yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Yellicə yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini bir neçə dəfə müxtəlif çaplı atıcı silahlardan atəşə tutub.

Pin It

Odessa Vilayət Hərbi Administrasiyasının rəhbəri Oleq Kiper bildirib ki, bölgədə anbarlara və taxıl anbarlarına ziyan dəyib.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN