ABŞ-ın keçmiş prezidenti Donald Tramp bildirib ki, ölkənin hazırkı lideri Co Bayden Ukrayna və bəzi digər ölkələr tərəfindən idarə olunur.

Keçmiş başçı özünün “TruthSocial” sosial şəbəkəsində yazıb ki, dövlətlər Baydenə milyonlarla dollar ödəyir.

"Co Bayden tamamilə Çin, Ukrayna və bir sıra digər ölkələr tərəfindən idarə olunur. Onlar onun haqqında, bütün səhvləri haqqında hər şeyi bilirlər", - Tramp yazıb.

Bundan başqa, keçmiş prezident rəqibini “ölkəni cəhənnəmə aparan” “güzəştə düşmüş” prezident adlandırıb.

Tramp qeyd edib ki, Bayden ailəsi xarici ölkələrdən 20 milyon dollardan çox pul alıb və bu, onların manipulyasiya edilməsinə şərait yaradıb.

Bundan əvvəl eks-prezident ABŞ-ın indiki rəhbərini siyasəti ölkəni təhdid edən “psixi fəlakət” adlandırmışdı.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN