""Reket jurnalistikası" cinayətkar fəaliyyətdir və bununla məşğul olan şəxslər məsuliyyətə cəlb olunur. Onların barəsində qanunamüvafiq tədbirlər görülür".

Pin It

Gədəbəy rayonunun Qoşabulaq kənd sakini Ülkər Məmmədova şikayət ərizəsi ilə mətbuata müraciət edib.

Pin It

ABŞ dövlət katibi Entoni Blinken çərşənbə günü bildirib ki, "yaxın günlərdə" rusiyalı həmkarı Sergey Lavrovla danışacaq və ondan Vaşinqtonun Moskva tərəfindən saxlanılan Amerika vətəndaşlarının azad edilməsi haqqında təklifinə cavab tələb edəcək.

Pin It

Xəbər verdiyimiz kimi, iyulun 22-də Prezident İlham Əliyev "Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nı təsdiqləyib.

Strategiyada ölkəmizdə tədqiqat potensialı yüksək olan 2 universitetin bazasında iki tədqiqat universitetinin yaradılması nəzərdə tutulub.

Bundan əlavə, son günlərdə Azərbaycan Milli Elmlər Akademiyasının fəaliyyəti də yenidən ciddi tənqid olunmağa başlanılıb və AMEA-nın ləğvi məsələsi ictimaiyyət arasında müzakirə predmetinə çevrilib.

Əsas irəli sürülən fikirlərdən biri isə AMEA-nın ləğvi və elmi tədqiqatların dünya təcrübəsində olduğu kimi müstəqil tədqiqat institutları tərəfindən aparılmasından ibarətdir. Mövzu ilə bağlı təhsil eksperti Elşən Qafarov qeyd edib ki, elm və təhsilin inkişafı baxımından ayrı-ayrı tədqiqat institutlarının yaradılması vacibdir: “Ölkə Prezidentinin sərəncamında öz əksini tapan 2 tədqiqat universitetinin yaradılması, düşünürəm ki, zəruri addımdır. Bu yaranmış vəziyyəti qarşılamaq zərurətindən irəli gəlir. Bununla yanaşı, AMEA artıq formal quruma çevrilib. Biz müstəqillik dövründə Elmlər Akademiyasının hansısa fundamental elmi kəşfə imza atdığına şahid olmadıq. Və əksinə, ötən 31 il ərzində 100 milyonlarla vəsait Akademiyanın saxlanmasına xərclənib”.

Ekspert AMEA-da görülməsi zəruri olan tədbirlərə də toxunub: “Düşünürəm ki, yeni elmi tətqiqat institutlarının yaradılması ilə yanaşı, AMEA-nın struktur baxımından yenilənməsinə, elmi tədiqat institutuna çevrilməsinə ehtiyac var. Yaxud da ayrı-ayrı institutların struktur dəyişiklikləri aparılaraq elmi-tədqiqat mərkəzlərinə çevrilməsi üçün müəyyən addımlar atmaq lazımdır. Hal-hazırda isə AMEA Azərbaycan elminə xüsusi bir töhfə verə biləcək durumda deyil”.

E.Qafarov tədqiqat institutları ilə paralel olaraq AMEA-nın saxlanılmasının nə dərəcədə səmərəli ola biləcəyinə də münasibət bildirib: “Əgər gələcəkdə elmi araşdırmalar tədqiqat institutlarında aparılacaqsa, hər il büdcədən AMEA-nın saxlanılmasına 100 milyonlarla vəsaitin ayrılmasına nə ehtiyac var? Və Elmlər Akademiyası hal-hazırda hansı funksiyanı yerinə yetirir?

AMEA-da ciddi elmi potensial toplanıb ki, ondan istifadə etmək lazımdır. Eyni zamanda, “Təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda da göstərildiyi kimi, ali təhsil müəssisələri də elmi-tədqiqat mərkəzlərinə çevrilməlidir. Çox təəssüflər olsun ki, biz praktikada bunu görə bilmirik. Lakin təhsil islahatları davam edir və inanırıq ki, gələcəkdə formal yox, məzmun baxımından da dəyişikliklərin şahidi olacağıq”.

E.ŞİRİNOV        

Pin It

Ötən gün Bakıda gənc qız və oğlan itkin düşməsi barədə məlumat yayıldı...

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN