"Dəfələrlə Məharət Əkbərovun qəbulunda olsam da, zəhmət haqqımın əvəzinə, ondan hədə-qorxu cavabları aldım"

Qobustan rayonunun Bədəlli kənd sakini Canatov Natiq Şakərəm oğlu redaksiyamıza şikayət ərizəsi ilə müraciət edib. N.Canatov gördüyü işin zəhmət haqqısını ala bilməməsindən şikayətlənir.

Natiq Canatov şikayət ərizəsində qeyd edir ki, 2015-ci ildə Qobustan Rayon İcra Hakimiyyəti (RİH) başçısının müavini Məharət Əkbərovun qəbulunda olub və ona  ronunda yerləşən ümummilli lider Heydər Əliyevin adını daşıyan parkın təmirini etmək üçün iş təklif olunub: "Mən də sevə-sevə işi üzərimə götürdüm. İş çox olduğu üçün digər yoldaşlarla bərabər təmir işini tamamladıq. Əlavə olaraq rayonda 100 yerlik uşaq bağçasının fasad təmirini də etdim. 2015-ci ildən indiyədək rəhbər şəxslərin qəbulunda olsam da, hələ də mənə çatmalı olan halal zəhmət haqqımın 5200 manatını ala bilmirəm. Bununla bağlı dəfələrlə Qobustan Rayon İcra Hakimiyyəti başçısının müavini Məharət Əkbərovun qəbulunda olsam da, zəhmət haqqımın əvəzinə, ondan hədə-qorxu cavabları aldım.

Xahiş edirəm, mənim bu şikayət məktubumu işıqlandırasınız ki, bəlkə öz əlimin zəhmətinin əvəzini, halal haqqımı ala bildim. Çünki kredit götürdüyüm banklar məni rahat buraxmır".

İddia olunanlarla bağlı Qobustan Rayon İcra Hakimiyyəti başçısının müavini Məharət Əkbərovun münasibətini öyrənmək cəhdimiz alınmadı. Odur ki, qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

E.ŞİRİNOV

Pin It

"2015-ci ilin sentyabr ayındakı təbii fəlakətlə bağlı uçan, dağılan evlərdən biri də mənimdir. Hazırda həmin evin üstü qəzalı vəziyyətdədir. İki azyaşlı övladım var. Özüm isə  ikinci qrup əliləm, ancaq əlillik pensiyam da kəsilib. Evdə 10 ailə üzvü yaşayırdı, lakin qorxumdan bacılarımı və qardaşım uşaqlarını evdən çıxartdım ki, birdən ev uçar. Yağış yağanda evə girmək olmur. Neçə gündür güclü yağışlar yağır, odur ki, vəziyyətimizi təsəvvür edin".

Pin It

Mayın 25-də İraq Respublikasının cəzaçəkmə müəssisəsində saxlanılan və Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyəti müəyyən edilmiş iki uşağın Bağdad-İstanbul-Bakı marşrutu ilə ölkyə qayıtması həyata keçirilib.

Pin It

"Ukraynanın mütləq qalib gəlmək şansı var"

Pin It

Macarıstanda Ukraynadakı müharibə fonunda fövqəladə vəziyyət elan edilib.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN