BMT Rusiyanın gübrə ixracına kömək edəcək.

BMT Rusiyanın ərzaq və gübrə ixracı üçün maliyyə, sığorta və logistika maneələrini aradan qaldırmaq vəzifəsini öz üzərinə götürəcək və məhsulların sanksiyalara məruz qalmamasına kömək edəcək.

Bunu memorandumun mətni ilə tanış olan BMT-dəki mənbə bildirib.

 "Katiblik səlahiyyətli orqanların və özəl sektorun Rusiyaya qarşı tətbiq edilən məhdudlaşdırıcı tədbirlərdən  gübrələrin (xüsusilə ammonyak) istehsalı üçün lazım olan xammal da daxil olmaqla məhsul və gübrələrin Rusiyadan çıxarılmasını təmin etmək üçün səy göstərəcək", - mənbə bildirib.

 Qeyd edək ki, bu barədə Ria.Novosti məlumat yayıb.

BMT, həmçinin maliyyə, sığorta və logistika maneələri qarşısında "məhsullar və gübrələr üçün dünya bazarlarına şəffaf və maneəsiz çıxışı təşviq etmək" üçün səy göstərəcək, - deyə o, əlavə edib.

Qeyd edək ki, bir müddət öncə BMT Baş katibinin sözçüsü Stefan Düjarrik “Baş katib Ukraynadan taxıl tədarükü, həmçinin Rusiyadan ərzaq və gübrə ixracı ilə bağlı sövdələşmədə qərarlıdır. Danışıqlar davam edir", - deyə bildirmişdi.

BMT-nin Ukrayna böhranı üzrə koordinatoru Amin Avad da bildirib ki, dünyada 1,5 milyard insan Ukraynadan ixrac edilən taxıldan, Rusiyanın ərzaq və gübrəsindən asılı vəziyyətdə olduğundan, ixracın bərpasına dair danışıqlar mümkün qədər tez başa çatdırılmalıdır.

  

Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN