Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan: "Taxıl daşınması sazişi” ilə biz dünyada milyardlarla insanı gözləyən aclıq təhlükəsinin qarşısının alınmasına töhfə verəcəyik".

  İyulun 22-də İstanbulda prezident R.T.Ərdoğan, Ukrayna və Rusiya tərəfləri, Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreşin iştirakı ilə “Taxıl daşınması sazişi”nin imzalanma mərasimi keçirilib.

  TEZADLAR.AZ TRT-yə istinadən xəbər verir ki, mərasimdə iştirak və çıxış edən R.T.Ərdoğan “Uzun müddətdir bütün dünyanı zəbt edən qlobal ərzaq böhranının həllində böyük rol oynayacaq bir işdə vasitəçi olmaqdan qürur duyuruq.  Qarşıdakı günlərdə gəmi yolu ilə Qara dənizdən dünyanın bir çox ölkəsinə yeni nəfəs borusu açacağıq. Gəmilərin yola salınmasından tutmuş təhlükəsiz yola salınması və təyinat limanına çatmasına qədər bütün proseslər razılaşdırılıb. Bu son dərəcə mühüm planın icrası və nəzarəti İstanbulda yaradılacaq müştərək koordinasiya mərkəzi tərəfindən həyata keçiriləcək", - deyə bildirib.

  A.Quterreş isə öz çıxışında Ərdoğana xitab edərək bunları söyləyib: "Bu gün Qara dənizdə dünyanın hər zamankından daha çox ehtiyacı olan bir ümid qığılcımı  var.  Türkiyə Cümhuriyyəti prezidenti cənab Rəcəb Tayyib Ərdoğan, bu prosesin hər bir mərhələsi sizin israrlı yanaşmanız sayəsində olub.

  Bu saziş əslində bütün dünya üçün imzalandı”.

  Çıxışlardan sonra prezident Ərdoğanın təşəbbüsü ilə Türkiyə, Rusiya, Ukrayna və BMT arasında Ukrayna limanlarından taxıl məhsullarının daşınmasına dair sənəd imzalandı.

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN