İNKİŞAF ETMƏKDƏ OLAN ÖLKƏLƏRDƏ İSTEHLAK QİYMƏTLƏRİ DAHA ÇOX ARTACAQ...

 Beynəlxalq Valyuta Fondu (BVF) inflyasiya proqnozunu  yenidən nəzərdən keçirib.

 Bu il istehlak qiymətlərinin zəngin iqtisadiyyata malik ölkələrdə 6,6%, inkişaf etməkdə olanlarda isə 9,5% artacağı gözlənilir.

 "Bizdə daha yüksək inflyasiya var və bu inflyasiya daha genişdir. Bu, təkcə enerji və ərzaq deyil. O, xidmətlərə və mallara sızır və əksər ölkələrdə mərkəzi bankın hədəflərini xeyli qabaqlayır. Bu, alıcılıq qabiliyyətinin aşağı düşməsinə səbəb olur. Bir çox ölkələrdə maaşlar qiymət inflyasiyası ilə ayaqlaşa bilmir,"- deyə BVF-nin baş iqtisadçısı Pyer-Olivie Qurinşa vurğulayıb.

 Onun sözlərinə görə, inflyasiyanın cilovlanması siyasətçilər üçün əsas prioritet olmalıdır, hətta bu, qısa müddətdə iqtisadi fəallığı ləngitmək belə olsa. "İnflyasiyanın vaxtında azaldılması, həm də qarşıdakı illərdə sabit artım və sabit makroiqtisadi mühit üçün şərait yaradır", - Qurinşa bildirib.

 Qeyd edək ki, BVF-nin proqnozuna görə, qlobal inflyasiya yalnız 2024-cü ilin axırında (2023-cü ilin sonunadək 5,7%-ə endikdən sonra) pandemiyadan əvvəlki səviyyəyə yaxınlaşacaq.

 

 Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN