Rusiya Dövlət Dumasının energetika komitəsinin üzvü Cəmaləddin Həsənov bildirib ki, şaxtalar Avropa İttifaqı tərəfindən Rusiyanın “Şimal axını-2” qaz kəmərinin işə salınmasına töhfə verəcək.

Deputat xatırladıb ki, hazırda Almaniyaya qaz nəqlinin əsas marşrutu “Şimal axını”dır.

“Almaniyada təbii qazın qəbulu üçün öz terminallarının olmamasını və digər ölkələrdən idxalın məhdud olduğunu nəzərə alsaq, yeganə çıxış yolu “Şimal axını 2” layihəsini işə salmaqdır. Aİ-nin hələlik bunun üçün siyasi iradəsi yoxdur, lakin şaxtalar məsələnin müsbət həllinə təkan verə bilər”, - deyə o, bildirib.

Qeyd edək ki, Almaniyada “Şimal axını-2” qaz kəmərinin işə salınması barədə fikir ayrılığı yaranıb.

AFR-in iqtisadiyyat naziri Robert Habek ötən gün Brüsseldə keçirilən iclasda çıxış edib və qətiyyətlə bu kəmərin işə salınmasının qeyri-mümkün olduğunu bildirib.

Onun sözlərinə görə, bu layihəyə razılıq verilərsə Aİ-nin Rusiyadan asılılığı daha da artacaq, həmçinin Aİ-nin  sanksiyalarının da kapituliyasiyası olacaq.

 

Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN